(27.4.1961, Göyçay r-n – 20.1.1990, Bakı ş.) – 20 Yanvar şəhidi.
1968 ildə Göyçay ş. 4 saylı məktəbinə daxil olub, 1976-77 tədris ilində isə şəhər 3 saylı orta məktəbini bitirib. 1978 ildə Politexnik İnstitutuna daxil olmuş, 1979-81 illər arasında isə Macarıstanda hərbi xidməti başa çatdırmışdır. 1981 ildən “Azərelektroterm” Elm İstehsal Birliyində fəhlə işləyib. 1986 ildə institutu bitirib. 1989 ildən birliyin təmir-tikinti idarəsində iş icraçısı işləyib. 1985 ildən Sov. İKP üzvü olub.
1990 ilin yanvar hadisələrində vətənpərvər gənc olaraq o da meydanlarda haqq səsini ucaldır, Sovet ordusunun dinc insanlara qarşı yönəltdiyi güllə yağışına tuş gəlir. Azadlığa gedən yolda şəhadət zirvəsinə yüksələn Mehman Göyçay r-nunda dəfn olunub.
Mənbə: Ə.Əlioğlu. Ruhların səsi (Göyçay şəhidləri). Bakı, İşıq, 1995. s. 115-116.