(24.1.1993, Göyçay ş.) – şahmatçı, qadınlar arasında şahmat ustalığına namizəd (2019), şahmat üzrə FİDE ustası (2022), Resp. dərəcəli hakim (2019).
Kiçik yaşlarından resp.-da keçirilən müxtəlif səviyyəli şahmat yarışlarında uğurla çıxış edib. Sonralar resp.-mızı müxtəlif dövlətlərdə keçirilən nüfuzlu yarışlarda dəfələrlə layiqincə təmsil edərək yüksək yerlər tutub. O cümlədən, Vyetnamda (2009), Bolqarıstanda (2010), İranda (2010) və Dubayda (2011) keçirilən dünya və Avropa çempionatlarını, 8-ci Beynəlxalq Şahmat Festivalını, beynəlxalq turniri bu sıraya daxil etmək olar. Hazırda S.Quliyeva Vüqar Həşimov Şahmat Akademiyasında dərs hissə müdiri və 3 saylı Resp. İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbində I dərəcəli məşqçi müəllimə kimi fəaliyyət göstərir.
Məlumat ailəsindən alınıb.