(29.5.68, Sumqayıt ş.) – pedaqogika ü.f.d. (2006), dos. (2009).
V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Kimya və biologiya fakültəsini bitirib (1990). 1998–2004 illərdə Bakı ş. Səbail rayonu 49 saylı məktəbdə biologiya müəllimi işləyib. Həmin dövrdə “İlin müəllimi” Respublika müsabiqəsinin qalibi olub. Azərb.-da “İİV-QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” adlı layihə üsrə tərtib edilmiş “Həyati bacarıqlara əsaslanan təhsil” adlı tədris vəsaitinin müəlliflərindən biridir.
1998–2004 illərdə Təhsil Problemləri İnstitutunun dissertantı olub. 2004 ildə AMEA-nın Botanika İnstitutunda “Orta məktəbdə biologiyanın tədrisində təbiətşünaslıq üzrə materialardan istifadənin imkan və yolları” mövzusunda pedaqogika üzrə fəlsəfə elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etmişdir. Həmin ildən ADPU-nun Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasında müəllim işləmişdir. 2007 ildə baş müəllim, 2009 ildən isə dos. vəzifəsində çalışmağa başlamışdır.
Resp.-nın ali məktəbləri üçün “Biologiyanın tədrisi metodikasından mühazirələr” (2016) adlı dərs vəsaiti , “Biologiyanın tədrisi metodikası” (2017, Təhsil Nazirliyinin qrifi ilə) adlı ali pedaqoji məktəblər üçün dərsliyi, “Biologiyanın tədrisi metodikasından laborator və seminar məşğələlər” adlı dərs vəsaiti (2020), “Biologiyanın tədrisi metodikası” (2022, üçüncü nəşri, Təhsil Nazirliyinin qrifi ilə) adlı dərsliyi dərc olunub.
Hacıyeva bir sıra beynəlxalq və respublika əhəmiyyətli elmi və elmi-metodik konfransların, seminar və təlimlərin iştirakçısıdır, bütövlüktə 3 dərslik, 2 dərs vəsaiti, 1 metodik vəsait, 1 monoqrafiya, 8 proqram, 35 məqalə müəllifidir.
2022 ildə Developinq Creativity of Biology Teacher. All rights SCOPUS is a registered trademark of Elsevier B.V. məqaləsi nəşr olunub.
Məlumatı G.Hacıyeva təqdim etmişdir.