(2.3.1963, Göyçay ş.) – jurnalist.
Orta məktəbi bitirəndən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. Sonra BDU-nun Jurnalistika fakültəsində qiyabi təhsil alıb. 1987-90 illərdə R-n Komsomol Komitəsinin katibi vəzifəsində çalışıb. Daha sonra r-da nəşr olunan “Yeni həyat” (indiki “Göyçay”) qəzetində məktublar şöbəsinin müdiri və məsul katibi işləyib. Eyni zamanda, Göyçayda Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini kimi fəaliyyətini davam etdirib. 1995 ildə ailəsi ilə birgə Sumqayıt ş.-nə köçən Əliyev yeni bir mətbuat orqanının – “Yeni era” qəzetinin əsasını qoyur və həmin qəzetin ilk baş redaktoru olur. 1997 ilin martında Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinə dəvət olunur. Bir müddət qəzetdə məsul katibin müavini kimi çalışıb. 2009 ildən “Azərbaycan” qəzetinin şm. bölgəsi üzrə xüsusi müxbiri kimi fəaliyyətini davam etdirir. Onun “Azərbaycan”, “Qarabağ”, “Mədəniyyət” və s. qəzetlərdə şeirləri çap olunub, müxtəlif nəşrlərdə onlarla hekayəsi işıq üzü görüb. 2008 ildə “Talelərdə yaşayır” adlı ilk kitabı çap olunub. Azərb. Resp. Prezidentinin 2020 ildə imzaladığı Sərəncama uyğun olaraq A.Əliyev “Tərəqqi” medalı ilə təltif olunub.
Məlumat D.Quluoğludan alınıb.