(1914, Göyçay qəz. Ulaşlı Şıxlı k. – 4.1.1980, Göyçay ş.) – Azərb. Ali Sovetinin deputatı, partiya işçisi, kənd təsərrüfatı rəhbəri.
A.Cəbrayılov orta təhsilini Ulaşlı Şıxlı k.-də alıb, 1939 ildə Bakı 2 illik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirib. 1939-41 illərdə Göyçay r-n Sənaye Kombinatının müdiri vəzifəsində işləyib. 1941 ildə hərbi xidmətə çağırılıb, cəbhədə ağır yaralandıqdan sonra ordudan tərxis olunub. Cəbhədən qayıtdıqan sonra bir sıra sahələrdə çalışıb, 1950-1961 illərdə Göyçay r-nu Kalinin adına kolxozun sədri işləyib. 1961 ildə Azərb. KP Göyçay r-n Komitəsinin 1-ci katibi vəzifəsinə seçilib, 1963 ilə kimi həmin vəzifədə işləyib. 1963-65 illərdə Şamaxı r-nu Nərimanov adına sovxozun direktoru olub. 1965 ildə Göyçay r-nu Əzizbəyov adına kolxozun sədri vəzifəsinə seçilib, ömrünün sonuna kimi həmin vəzifədə işləyib. On il Göyçay r-n partiya komitəsinin büro üzvü, 3-cü çağırış rayon sovetinin deputatı olub. İki çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib. “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilib. Respublika əhəmiyyətli fərdi təqaüdçü olub.
Məlumat A.Məmməddən alınıb.