(19.8.1955, Göyçay ş.) – tarix e.d. (2018), prof. (2022)
1972 ildə 2 saylı Ucar ş. orta məktəbini fərqlənmə ilə bitirib və həmin il ADU-nun (hazırda BDU) Tarix fakültəsinə daxil olub. 1977-80 illərdə Dövlət təyinatı ilə Saatlı r-nu Nərimankənd orta məktəbində müəllim, 1980-81 illərdə Azərb. SSR EA Tarix İnstitutunda baş laborant, 1981-92 illərdə AZNKİ-nin Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim, 1992-93 illərdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində, 1998–2000 illərdə BDU-da baş müəllim, 2000-01 illərdə Bakı Biznes Universitetində baş müəllim, “Magistratura şöbəsi”nin müdiri vəzifələrində çalışıb. 2017-20 illərdə ADPU-da “Azərbaycan tarixi” fənnini tədris edib.
1990 ildə BDU-nun Tarix fakültəsində olan Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını, 2010 ildən dosent elmi adını alıb. 27 yanvar 2018 il tarixdə BDU-nun Tarix fakültəsinin müdafiə şurasında müvəffəqiyyətlə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 04 iyul 2018 il tarixli qərarı ilə tarix üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 7.10.2022 il tarixli qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adı verilib.
AMEA Tarix İnstitutunun nəzdində tarix üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri almaq üçün təşkil olunmuş Müdafiə Şurasının üzvüdür. Azərbaycan, türk, rus, ingilis, fransız, alman, italyan, ispan, portuqal və fars dillərində nəşr olunmuş 198 elmi əsərin, o cümlədən 87 kitabın, 103 elmi məqalənin, 8 metodik işin, 600-dən artıq qəzet məqaləsinin müəllifidir.
Göyçaya aid 3 kitabın müəllifidir. (“Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918); “Göyçay döyüşləri – Türkiyə tarixşünaslığında”; “Göyçayın tarixi”).
Türkiyə, Quzey Kıprıs, ABŞ, Almaniya, İsveç, Belçika, Polşa, Bolqarstan, İran, Rusiya, Gürcüstan və s. dövlətlərdə təşkil olunmuş elmi-praktik konfranslarda və digər tədbirlərdə iştirak edib.
2007 ilin sentyabr ayından Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, 2020 ildən AVCİYA-nın vitse-prezidentidir.
2007 ildən Azərb. Turizm və Menecment Universitetində işləyir. 2010-18 illərdə ATMU-nun elmi katibi olmuş, hazırda H.Əliyev lektoriyasının rəhbəri, “İctimai fənlər kafedrası”nın prof.-ru, universitetdə nəşr olunan “Turizm və otelçilik tədqiqatları” jurnalının məsul katibidir.
Azərb. Resp. Prezidentinin 27 may 2019 il 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Yubley Medalı ilə təltif olunub.
Məlumat M.Zülfüqarlıdan alınıb.