(23.5.1968, Cəlilabad r-nunun Təzəkənd k.) – politoloq, siyasi şərhçi, Azərb. MM V (89 saylı Göyçay-Ağsu), VI (68 saylı Cəlilabad qəsəbə) çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasət ü.e.d. (2011), prof. (2012).
1989-94 illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.
1992-94 illərdə Azərb. Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil alıb və fərqlənmə sertifikatı ilə bitiribdir. 1995–2000 illərdə BDU-nun “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasının dissertantı olub. 1995–2003 illərdə BDU-nun “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasında çalışıb. 2001 ildə “Azərbaycan–ABŞ münasibətləri. 1991–1997-ci illər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə f.d. elmi dərəcəsi alıb. 2011 ildə “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edib.
2012 ildən Azərb. Resp. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professorudur. 2004 ildən Azərb. Resp. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri və praktiki jurnalının redaksiya heyətinin üzvü, 2012 ildən isə məsul katibidir. 2012 ildən Rumıniya Resp.-nın nüfuzlu “Geopolitika” elmi-analitik jurnalının redaksiya heyətinin üzvüdür.
2007 ildən Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və Tarix Elmləri üzrə Ekspert Şurasının ekspertidir. 2008-13 illərdə Azərb. Resp. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.
9 kitab, 100-dən çox elmi məqalə və 6 tədris-metodik vəsaitin müəllifidir.
2006 ildə BMT nəzdində Universal Sülh Federasiyası və Dünyada Sülh Uğrunda Dinlərarası və Beynəlxalq Federasiya tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb.
MM-in İnsan hüquqları komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Belarus, Çin, Fransa, İndoneziya, Qazaxıstan, Latviya, Lüksemburq, Macarıstan, Özbəkistan, Pakistan, Şimali Makedoniya, Türkiyə, Ukrayna, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Azərb. Resp.-nın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərb. Resp. Prezidentinin 30 noyabr 2022 il Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Məlumat Azərb. Resp. MM-in saytından götürülüb.