(18.7.1937, Vedi r-nunun Şirazlı k. – 21.5.2011, Bakı ş.) – dövlət xadimi, iqtisad e.d. (1984), prof. (1986); Azərb. Resp. Milli Məclisinin I və II çağırış deputatı, “Şöhrət” ordeni laureatı (2007).
1959 ildə ADU-nun Tarix fakültəsinə daxil olub və 1964 ildə müvəffəqiyyətlə bitirib. 1966 ildən AZNKİ-nin “Siyasi iqtisad” kafedrasında müəllim işləyib. 1967 ildə Azərb. Xalq Təsərrüfatı İnstitutunda aspirant olmuş, 1970 ildə aspiranturanı bitirmişdir, 1970 ildə həmin institutun Elmi Şurasında “İş gününün qısaldılmasının iqtisadi əsaslarına dair” namizədlik dissertasiyası müdafiə etmişdir.
1984 ildə Moskvada İctimai Elmlər Akademiyasının Elmi Şurasında “Üstqurum amillərinin iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafına təsiri probleminə aid” doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun elmi məsləhətçisi Rusiya EA-nın həqiqi üzvü, prof. Leonid Abalkin olmuşdur. 1986 ildə ona prof. elmi adı verilmişdir. 1966-71 illərdə AZNKİ-nin “Siyasi iqtisad” kafedrasının müəllimi, baş müəllimi, 1971-95 illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında baş müəllim, dos., kafedra müdiri, tədris işləri üzrə prorektor, 1989 ildən rektor və 1990-95 illərdə həmin filialın bazasında yaradılmış Azərb. Kooperasiya İnstitutunun rektoru vəzifələrində işləmişdir.
1995 ildə Ucar-Göyçay seçki dairəsindən AR MM-nin deputatı, 2000 ilin noyabrında 49 saylı Ağdaş seçki dairəsindən AR MM-ə seçilmişdir. 1995–2005 illər ərzində ATƏT PA-da Azərb. nümayəndə heyətinin rəhbəri olmuşdur. 1996–2004 illərdə Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat və Hüquq Şurasının sədri, 2004-09 illərdə həmin şuranın fəal üzvü olmuşdur.
1996 ilin martından 1999 ilin martına kimi Azərb. MEA-nın İqtisadiyyat İnstitutunda aparıcı elmi işçi idi. 1997 ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdi. Həyatının son illərində Azərb. Resp. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının professoru olmuşdur.
26 kitabın və 350-dən artıq elmi məqalənin müəllifidir.
Məlumat AR MM-in saytından götürülüb.