(1932, Göyçay r-nunun Alxasava k.) – pəhləvan, Azəb. Çempionu.
Gənc yaşlarından fiziki gücü ilə yaşıdlarından fərqlənib və pəhləvan kimi tanınmağa başlayıb. 17 yaşında Göyçay idman klubuna dəvət edilib, klubunun sədri Hətəm Abuşalamovun rəhbərliyi ilə bir həftəlik təlim-məşq toplantısında iştirak etdikdən sonra 1950 illərdə Xankəndidə keçirilən Azərb. çempionatında Göyçay komandasının tərkibində çıxış edib və öz çəki dərəcəsində birinci yeri qazanıb. Sonrakı illərdə Bakıda və respublikanın digər yerlərində keçirilən yarışlarda iştirak edib və qələbə qazanıb. Göyçaylı olan Çingiz pəhləvan və Eldar pəhləvanla bir neçə yarışlarda iştirak edib.
1950 illərdə “Dinamo” cəmiyyətinin xətti ilə Rostov və Saratov ş.-lərində ağırlıq qaldırma üzrə keçirilən SSRİ çempionatlarında iştirak edərək uğurlu nəticələr əldə edib. Ağırlıq qaldırma idman növü sahəsində əldə etdiyi uğurlara görə Bakı ş.-nə “Dinamo” cəmiyyətinə dəfələrlə dəvət olunsa da, ailə vəziyyətinə görə dəvəti qəbul edə bilməyib. Buna baxmayaraq o, Göyçay və ətraf r.-larda ənənəvi pəhləvan oyunları ilə məşğul olub, bununla yanaşı Alxasava k. məktəbində əmək təlimi müəllimi işləyib. 1997 ildə isə Həcc ziyarətinə gedən Beykəs pəhləvan kənddə xeyriyyəçilik işləri ilə də məşğul olur. Ən böyük xeyriyyəçilik işlərindən biri kənddə məscidin tikilməsinə rəhbərlik etməsi olmuşdur. Həcc ziyarətinə gedib gəldikdən sonra təəssüratını qələmə alıb.
Məlumat X.İsmayılovdan alınıb.