(20.10.1920, Göyçay qəz. – 27.3.1994) – Azərb. SSR-in Əməkdar mədəniyyət işçisi (1976).
1939 ildə hərbi xidmətə yollanıb. Fin və Böyük Vətən müharibəsinin iştirakçısı olub. Böyük Vətən müharibəsində ağır döyüşlərdə iştirak etdiyi zaman 2 dəfə qəlpə yarası alıb. Leninqrad blokadasının iştirakçısı olub. Döyüş zamanı göstərdiyi şücaətə görə “Vətən müharibəsi” ordeni, “Almaniya üzərində qələbəyə”, “Leninqradın müdafiəsinə”, “Döyüş xidmətlərinə”, “Almaniya üzərində qələbəyə görə” orden və medallarla təltif olunub.
“Bakinski raboçi” qəzetində Ağsu, Ucar, Zərdab, İsmayıllı, Kürdəmir, Ağdaş, Göyçay r-larında zona müxbiri işləyib. “Qızıl qələm” mükafatı ilə təltif olunub, Ali Sovetin fəxri fərmanı, “Əmək veteranı” və “Əmək şücaətinə görə” medallarına layiq görülüb.
Məlumat oğlundan alınıb.