(24.7.1952, Göyçay r-nunun Kürdşaban k.) – Dövlət qulluqçusu, partiya işçisi.
İsmayılov orta təhsilini Göyçay r-nunun Kürdşaban k. orta və Nizami adına Göyçay ş. 7 saylı orta məktəblərində alıb. 1969 ildə “Qırmızı Əmək Bayrağı” ordenli AZNKİ-yə daxil olub. 1974 ildə institutu bitirərək mühəndis-energetik ixtisasına yiyələnib. 1974 ildə təyinatla “Sumqayıt Kimya Sənayesi” istehsalat birliyinə göndərilmiş, 1974-77 illərdə “Üzvi məhsullar” zavodunda aparatçı, mühəndis, böyük mühəndis, birliyin əsaslı tikinti idarəsində böyük mühəndis vəzifələrində işləmişdir. 27.5.1977 ildə Kimyaçılar Günü münasibətilə adı “Sumqayıt Kimya Sənayesi” istehsalat birliyinin “Şərəf kitabı”na yazılmışdır. 1977-80 illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik şəbəkələri idarəsində usta, direktor vəzifələrində işləmişdir.
1980-81 illərdə Azərb. KP Göyçay r-n komitəsində təlimatçı, sənaye-nəqliyyat şöbəsinin müdiri, 1981-89 illərdə Göyçay r. Xalq Nəzarəti Komitəsinin sədri, 1989-90 illərdə Azərb. KP Göyçay r-n komitəsinin katibi, 1990-91 illərdə Göyçay r-n Xalq Deputatları Sovetinin sədr müavini, 1991-92 illərdə Göyçay r-n İcra Hakimiyyəti başçısının 1-ci müavini, 1992-94 illərdə Göyçay r-n Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001 illərdə Göyçay r-n İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifələrində çalışmışdır.
1991 ildə Bakı Sosial İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə (qiyabi) bitirərək “politoloq” ixtisası almışdır. 21 noyabr 1992 ildə YAP təsis edildikdən sonra həmin ilin dekabr ayının 25-də N.İsmayılovun rəhbərliyi ilə Göyçay r-nunda təşkilat komitəsi yaradılmış, 6 mart 1993 ildə YAP Göyçay r-n təşkilatı təsis edilmişdir. N.İsmayılov 6 mart 1993–2001 ilin may ayına kimi YAP Göyçay r-n təşkilatının sədri olmuşdur. 1999 ilin yanvar ayında YAP-ın 1-ci qurultayında Siyasi Şuranın üzvü seçilmış, 2021 ilə kimi siyasi şuranın üzvü olmuşdur. 2001 ilin aprel ayından 2006 ilin iyul ayının 7-nə kimi Göyçay r-n İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
2006-11 illərdə Şamaxı r-n, 2011-19 illərdə Sabirabad r-n, 2019-20 illərdə isə Saatlı r-n İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyət göstərmişdir. Səhhətində yaranan ciddi problemlə bağlı 12.5.2020 ildə tutduğu vəzifədən azad olunmaqla əlaqədar ərizə ilə ölkə Prezidentinə müraciət etmiş, 16.5.2020 il tarixli sərəncamla vəzifəsindən azad edilmişdir. Qüsursuz və səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlara layiq görülüb.
Azərb. Resp. Prezidentinin 12.7.2012 il tarixli Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni, 27.5.2019 il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti” 100 illik (1918–2018) yubiley medalı ilə təltif edilib. Azərb. Resp. Prezidenti və YAP Sədri İlham Əliyevin tövsiyəsi ilə 17.12.2022 ildə partiyanın idarə heyətinin iclasında YAP Veteranlar Şurasının üzvü seçilib. N.İsmayılov Veteranlar Şurasında ictimai-siyasi fəaliyyətini davam etdirir.
Məlumat A.Məmməddən alınıb.