(1930, Göyçay r-nunun Bəydövül k. – 1987, Göyçay ş.) – orijinal nağılçılığı və səliqəli ifa üslubuna görə özünəxas yaradıcılığa malik el sənətkarı.
Aşıq Cəbi Şirvanda, Muğanda, Dərbənddə sayılıb-seçilən aşıqlardan olub. Azərb.-la yanaşı, onu hətta Orta Asiya türkləri də çox seviblər. Aşıq Cəbi Orta Asiyada yaşayan yüzlərlə soydaşımızın toyunda öz saz-söz ifaları ilə iştirak edib. Aşığın zəngin şeir yaradıcılığı da olmuşdur. Lakin onun şeirlərindən çox az bir hissəsi gəlib bizə çatıb.
Mənbə: Q.Sayılov. “Şirvan aşıqlıq sənəti. Mənşəyi və durumu”. Mersin Akademi Yayınları, 2020.