(fevral, 1927, Göyçay qəz. – 2006) – güləşçi, Əməkdar idman ustası, Azərbaycan və SSRİ-nin Əməkdar məşqçisi.
Güləşdə ilk addımlarını Göyçayda atıb, sonralar təhsilini Bakıda davam etdirib. Azərb.-da yunan-Roma güləşinin banilərindən biridir. Məşqçiliklə məşğul olub, adı iyirminci əsrdə Azərb.-ın ən yaxşı idman xadimlərinin adları sırasında yer alıb.
E.Kərimov idman sahəsindəki bacarığına görə Beynəlxalq Güləş Federasiyası tərəfindən beynəlxalq dərəcəli hakim adına layiq görülüb. O, bir çox ölkələrdə keçirilən beynəlxalq idman yarışlarına hakimlik edib.
E.Kərimov məşqçilik və hakimliklə yanaşı, digər məsul vəzifələrdə də bacarıqlı təşkilatçı və rəhbər işçi olub. Respub. İdman Komitəsində şöbə müdiri, sonralar isə 11 il ərzində Bakı Bədən Tərbiyəsi Texnikumunun direktoru vəzifəsində çalışıb.
“İdman” və “Sport” qəzetlərində müxtəlif yarışlar haqqında hesabatları, gənc güləşçilərə məsləhət və tövsiyələrdən ibarət məqalələri də dərc edilib.
Ehsan Kərimovun ölünündən sonra onun xatirəsinə həsr edilmiş güləş üzrə respublika turnirləri də keçirilib (2011-13). Prezident təqaüdçüsü olub (11.6.2002).
Mənbə: https://xalqqazeti.az/sosial-heyat/yunan-roma-gulesinin-unudulmaz-mesqcisi