(16.7.1964, Zərdab r-nu) – Əməkdar jurnalist, tarix ü.f.d., III dərəcəli dövlət müşaviri.
Bir müddət Zərdab r-nunda yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay r-nuna köçüblər. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına APİ-də təhsil alıb. Tarix və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” adlı monoqrafiya, “Üç əsrin alqoritmləri və ya tarix necə təkrarlanır (1700–2019)” adlı kitabın və yüzlərlə məqalənin müəllifidir. “1988-ci il Sumqayıt hadisələri Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsidir” adlı elmi işi müdafiə edərək tarix ü.f.d elmi dərəcəsi alıb. “Əməkdar jurnalist”dir.
Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Liderlik missiyası” və “Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi” adlı çoxhissəli sənədli filmlərin müəllifidir.
“Azadlıq” qəzetində, “Space” və ANS telekanallarında işləyib.
2005-06 illərdə Azərb. Resp. Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-12 ilin fevralınadək “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012 ilin fevralından 2015 ilin sentyabrınadək “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb.
2015-19 illərdə ARB holdinqin sədr müavini və müşaviri vəzifələrində çalışıb. 2019 ildən NK.-nın mətbuat xidmətinin rəhbəridir.
Məlumat E.Məmmədlidən alınıb.