(6.3.1972, Bakı ş.) – yazıçı-publisist
1979-90 illərdə Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1990-95 illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk bölümündə oxuyub, buranı qırmızı diplomla bitirib. 1996 ildən əmək fəaliyyətinə başlayıb. ANS şirkətlər qrupuna daxil olan ANS-Pressdə redaktor (1996-97), İmair şirkətində reklam üzrə mütəxəssis (1998–2002) işləyib. 2002-04 illərdə ANS-Pressin Prezidenti və “El” jurnalının baş redaktoru vəzifələrində çalışıb. 2006-07 illərdə AR Mədəniyyət və Turzim Nazirliyinin Nəşriyyat, reklam işinin təşkili və informasiya şöbəsində işləyib, 2007 ildən həmin nazirliyin təsis etdiyi “Pəncərə (mədəniyyətə baxış)” jurnalının baş redaktoru vəzifəsində işləməyə başlayıb.
2008-18 illərdə AR Diasporla İş üzrə Dövlət Komitəsində Təbliğat, informasiya, və analitik təhlil şöbəsinin müdir müavini, eyni zamanda Komitənin təsis etdiyi “Ölkəm” jurnalının baş redaktoru vəzifələrində çalışıb. 2009-11 illərdə Azercell şirkətinin “Azerimobile” jurnalının baş redaktoru kimi çalışıb. 2018-ci ildən hazırkı dövrə kimi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin Direktoru vəzifəsində işləyir. Yazıçı-publisist, AYB-nin üzvüdür. 10-dan artıq ölkədə, müxtəlif xarici dillərə tərcümə və çap olunmuş 10-dan çox kitabın, teatr tamaşalarının, sənədli filmin və “Pəncərə” televiziya verilişinin müəllifidir.
Məlumat G.Rzayevadan alınıb.