(22.7.1980, Göyçay ş.) – şairə, AYB-nin üzvü (2010).
Bakı ş. Nərimanov r-nu 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami r-nu 289 saylı Zəngi liseyində davam etdirib.1997 ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ildə BSU-nun Yaradıcılıq fakültəsinə daxil olub. Şeirləri “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Ədalət”, “Kaspi” qəzetlərində, “Poeziya günü” almanaxında (2010), ingilis dilində “Buta” (2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio və televiziya dalğalarında müntəzəm çıxışları olur. Şeirləri bir neçə xarici dilə tərcümə edilib.
Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə Ədəbi dərgilərdə çap olunub. Şairin “Yanaqda yağış yeri”, “Yoxluğuna və sağlığına”, “Darıxmaq kimi” kitabları işıq üzü görüb. İnternet məkanında, ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir. Şeirlərinə mahnılar bəstələnib. Tamaşalara mahnı mətnləri yazıb. Mədəniyyət və Turizm Nazirliyi ilə AYB-nin təsis etdiyi “Gənc Ədiblər Məktəbi”nin xüsusi diplomuna layiq görülüb. AYB-nin və “Ədəbiyyat” qəzetinin əməkdaşı olub. Hazırda televiziyanın Mədəniyyət kanalında aparıcı və redaktor kimi fəaliyyət göstərir. Prezident mükafatçısıdır.
Məlumat N.Qasımovadan alınıb.