(30.3.1994, Göyçay r-nunun Yeniarx k. – 2.10.2020, Tərtər-Ağdərə r-nu istiqamətində) – Vətən müharibəsi şəhidi.
Həqiqi hərbi xidmətini bitirdikdən sonra 13.5.2017 il tarixdə “N” saylı hərbi hissədə gizir vəzifəsində xidmətə başlayıb. 2 oktyabr 2020 il tarixdə Talış – Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Doğma k.-də dəfn olunub.
Ölümündən sonra Azərb. Resp. Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “İgidliyə görə” (18.12.2020) və “Suqovuşanın azad olunmasına görə” (24.6.2021) medalları ilə təltif edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.