(24.8.1911, Göyçay qəz. Qızılağac k. – 1990) – geoloq, geologiya-minerologiya e.d. (1956), prof.
1911 il avqustun 24-də Göyçay r-nunun Qızılağac k.-də anadan olub. Göyçay ş.-də orta məktəbi bitirdikdən sonra 1929-31 illərdə Göyçay r-nunun Bığır, Ucar r-nunun Bağman-Bərgüşad və Qazıqumlaq kəndlərində müəllim kimi çalışıb. 1931-37 illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki ADSU) Geoloji kəşfiyyat fakültəsində mühəndis-geoloq ixtisası üzrə təhsil alıb.
1937-40 illərdə Lassal adına Neft Texnikumunda, S.M.Kirov adına Neft Akademiyasında dərs deyib, Azərb. Geologiya İdarəsi nəzdində Ümumittifaq geologiya fondunun rəisi vəzifəsində çalışıb. 1939-40 illərdə Azərb. Sənaye İnstitutunun “Paleontologiya, tarixi geologiya və SSRİ-nin geologiyası” kafedrasının aspirantı olan Ə.Xəlilov sonralar bir sıra mühüm partiya və dövlət orqanlarında çalışıb. 1955 ildə Ə.Xəlilov Azərb.SSR Elmlər Akademiyası sistemində çalışıb, Qubkin adına Geologiya institutunun elmi bölməsinin direktor müavini və bu institutda laboratorya müdiri, Azərb. SSR Elmlər Akademiyası nəzdində məhsuldar qüvvələrin öyrənilməsi üzrə şuranın sədri vəzifələrində çalışıb. 1945 ildə namizədlik, 1956 ildə isə doktorluq dissertasiyaları müdafiə edərək müvafiq olaraq dosent və professor elmi adlarına layiq görülüb.
Azərb. Dövlət mükafatı laureatıdır (1990, ölümündən sonra). Bir sıra orden və medallarla təltif olunub. 130 elmi məqalənin, 8 monoqrafiyanın müəllifi olan geologiya-minerologiya elmləri doktoru Ə.Xəlilov 10 nəfər elmlər namizədi və doktoru yetişdirmişdir.
Mənbə: М.А.Мирзоев. Халиловы: геология в трех поколениях. Баку, 2008.