(1.4.1949, Göyçay r-nunun Ləkçıplaq k.) – iqtisad e.d. (1986), prof. (1989).
Orta məktəbi bitirəndən sonra D.Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1966-70 illərdə həmin institutda, 1970-73 illərdə isə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 1973 ildə dissertasiya müdafiə edərək keçmiş SSRİ-də iqtisadiyyat üzrə ən gənc e.n. olub. Həmin ildən ADU-da fəaliyyətə başlayıb. 1984-86 illərdə Azərb. KP MK.-da çalışıb. 1986 ildə D.Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutunun rektoru təyin olunub. 1989-92 illərdə AzPİ-də prof., kafedra müdiri, 1992–2002 illərdə isə Azərb. Resp. Dövlət Antiinhisar siyasəti və Sahibkarlığa yardım komitəsinin sədri kimi fəaliyyət göstərib. 2002 ildən AzTU-da kafedra müdiri vəzifəsində çalışır. R.Quliyev Azərbaycan, rus, türk və alman dillərində nəşr olunmuş yüzdən artıq elmi əsərin müəllifidir.
Mənbə: http://goychay.cls.az/more/text/71505