(5.4.1946, Göyçay ş.) – rabitə sahəsi üzrə tanınmış ekspert, texnika e.n. (1981).
A.Qəhrəmanzadə 1965 ildə Göyçay ş.-də 3 saylı rusdilli orta məktəbi gümüş medalla bitirib, həmin il AzPİ-yə (indiki AzTU) daxil olub və 1971 ildə telekommunikasiya mühəndisi kimi buranı bitirib.
1972 ildən Azərb. Resp. Rabitə Nazirliyi sistemində elmi-texniki informasiya mühəndisi, nazirliyin texniki şöbəsində böyük mühəndis, 1973 ildən isə nazirliyin Şəhər telefon şəbəkəsi şöbəsinin rəisi vəzifələrində çalışıb. 1974-77 illərdə Leninqrad Elektrotexniki Rabitə İnstitutunun aspiranturasında təhsil alıb.
1977 ilin iyul ayında Bakı Rabitə Elektrik Texnikumuna şöbə müdiri göndərilib. 1978 ildə AzPİ-nin “Elektrik rabitəsi” kafedrasına assistent qəbul olunub. 1981 ildə Azərb. Təhsil Nazirliyi xətti ilə Böyük Britaniyanın Birminhem ş.-dəki Aston Universitetində bir illik elmi təcrübə keçib. 1983 ildə AzTU-nun “Elektrik rabitəsi” kafedrasının dos.-i seçilib, həmin il BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının eksperti təsdiq olunub. 1985-86 illərdə bu vəzifədə Əfqanıstan telekommunikasiyasının inkişafı layihəsində iştirak edib. AR-nın sabiq rabitə naziri olub (1992). 1992-93 illərdə BMT eksperti kimi Liviyanın və Pakistanın inkişaf layihələrində iştirak edib. 2002 ildə Azərb. İKT-nin İnkişafı Strategiyası Layihəsi üzrə milli ekspert seçilib. Həmin ilin sentyabrından AMEA Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) aparıcı elmi işçi vəzifəsində çalışıb. 100-dən artıq elmi əsərin, 10 metodik göstərişin, 5 dərs vəsaitinin, 7 monoqrafiyanın müəllifidir. Hazırda təqaüddədir.
Məlumat V.Abdullayevdən alınıb.