(1939, Göyçay r-nunun Bığır k. – 1993) – kimyaçı, kimya ü.f.d. (1978).
Orta məktəbi Ağdaş r-da bitirəndən sonra 1958 ildə APİ-nin Kimya-biologiya fakültəsinə daxil olub və 1962 ildə institutu müvəffəqiyyətlə bitirib təyinatla Ağdaş r-nunun Qoşaqovaq k. orta məktəbində kimya-biologiya müəllimi işləyib. 1964 ildən Cavadov Azərb. EA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. Azərb.-dakı təbii ehtiyatların fiziki-kimyəvi xüsusiyyətlərinin tədqiqi və onların texnikada, habelə istehsalatda tətbiqilə bağlı 45 elmi işin və 5 ixtiranın müəllifidir. 1978 ildə “Daşsalahlı gillərinin fiziki-kimyəvi xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını AREA Qeyri-üzvi və fiziki kimya institutunda müvəffəqiyyətlə müdafiə edərək kimya e.n. alimlik dərəcəsi alıb.
Məlumat V.Abdullayevdən alınıb.