( 6.10.1946 Göyçay r-nunun Məlikkənd k.) – pedaqoji e.n., Əməkdar mədəniyyət işçisidir (2015).
1953–64 illərdə Göyçay r-nunun Məlikkənd k. səkkizillik məktəbi və Göyçay ş, 1 saylı orta məktəbində təhsil alıb. 1965–70 illərdə ADU-nun Filologiya fakültəsində, 1973–75 Bakı ş. Partiya Komitəsi yanında Marksizm-Leninizm Universitetinin fəlsəfə şöbəsi, 1977–87 Azərb. Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) dissertantura təhsili alıb.
1964–65 illərdə Göyçay rayonlararası Rabitə Qovşağında mühasıb köməkçisi, 1970–72 illərdə Göyçay ş. qiyabi orta məktəb, axşam fəhlə-gənclər orta məktəbi, 3 saylı orta məktəbdə müəllim kimi çalışıb. 1972–75 illərdə Göyçay r-n Komsomol Komitəsinin 2-ci katibi olub. 1975–83 Azərb. Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu, elmi işçisi olub. 1983–92 illərdə Azərb. SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi (sonra Mətbuat və İnformasiya Nazirliyi), redaktor, aparıcı mütəxəssis, idarə rəisinin müavini, idarə rəisi kimi fəaliyyət göstərib. 1992-97 illərdə “Maarif” nəşriyyatının baş redaktoru, direktor, 1997– 2004 Azərb. Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyində qrup rəhbəri, 1997–2015 Bakı Qızlar Universitetində dos. olub.
2004 – indiyədək “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Ədəbiyyat, dilçilik, mədəniyyət və incəsənət” redaksiyasının müdiri vəzifəsində çalışır.
Məlumat Z.Abdullayevdən alınmışdır.