(22.3.1932, Göyçay r-nunun Alpout k.–2.4.2014, Göyçay r-nunun Alpout k.)
İlk təhsilini 1939 ildə Göyçay r-nunun Alpout k. 7-illik məktəbində alıb. 1946 ildə həmin məktəbi bitirib. Məktəbi bitirdikdən sonra kənd kolxozunda əmək fəaliyyətinə başlayıb.
1950-53 illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən kənd kolxozundakı əmək fəaliyyətini davam etdirib. Həmin dövrdə kolxozda işləməklə yanaşı təhsilini də davam etdirmək üçün 1966-69 ildə Alpout k. 10-illik məktəbinin nəznində açılan gecə kursunda 10-illik təhsilini başa vurmuşdur. Moskvada, Kremldə 1969 il 25-27 noyabr tarixlərində keçirilən Üçüncü Ümumittifaq Kolxozçular Qurultayında Göyçay ş. üzrə nümayəndə olub. Əmək fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyəti adından 31 mart 1970 il tarixli “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə” yubiley medalı, Həmkarlar İttifaqının MK adından “1978 ilin Sosialist Yarışının qalibi” medalı, 19 noyabr 1975 ildə “Doqquzuncu beşilliyin zərbəçisi” döş nişanı ilə təltif edilib. 22 may 1989 ildə İkinci dərəcəli suvarma ustası adına layiq görülüb.
Məlumat X.Bağırovun ailəsindən alınmışdır.