(15.7.1933, Göyçay ş.-27.8.1996, Bakı ş.) – texnika e.n. (1967).
Bakı texnoloji maşınqayırma texnikumunu fərqlənmə ilə bitirib, Leytenant Şmidt adına (indiki Səttarxan adına) zavodda konstruktor, usta, sex rəisi, növbə rəisi işləyib. 1953-56 illərdə İsmayıllı r. İvanovka kənd MTS-in rəhbəri olub. 1956 ildə doğma zavoda qayıdıb. 1962 ildə M.Əzizbəyov adına Azərb. Neft-kimya institutunun (indiki Azərb. Neft Akademiyası) neft-mexanika fakültəsini bitirib həmin zavodda ştanqa sexinin rəisi işləyib. 1976-82 illərdə Neft və kimya İnstitutunda kafedra müdiri olub, 1962 ildə isə İnstitut xalq nəzarəti təşkilatının sədri seçilib. 1986-92 illərdə “Mühəndis qrafikası” fakültəsinin rəhbəri olub. S.Bünyadov bir çox elmi konfransların təşkilatçısı, səmərələşdirici təkliflərin, elmi məqalələrin və məruzələrin, metodik vəsaitlərin müəllifi, institutun nəzdində elmi-istehsalat mərkəzinin yaradıcısı olub.
Əd.: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.20-21
https://www.facebook.com/Goychaytarixi