Qədim oğuz tayfalarından biridir. Əvvəllər Orta Asiyada yaşayan Çəpnilər Azərbaycana səlcuqların tərkibində gəlmişlər. Mənbələrdə cəbən, çapakı, çibni, çippi, cəbni kimi də adları çəkilir. Çəpnilər Xarəzmşah (1220-31) hərbi yürüşlərində iştirak etmişlər. Keçmiş Çəpni (Quba qəzası), Çəbni (Göyçay qəzası) və indiki Çəpli (Kəlbəcər r-nu) kəndlərinin, habelə Cabani tarixi yerinin (Şamaxı r-nu) Çəpnilərlə əlaqədar olması ehtimal edilir.
Mənbə: Azərbaycan Milli Ensiklopediyası: V cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2014, s. 537.