oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Çərəkə i.ə.v.-də kənd. R-n mərkəzindən 14 km c.-da, Şirvan düzündədir. XVIII əsrin birinci yarısında Nadir şahın Hindistana yürüşü zamanı vətəgələrdə işləmək üçün Çərəcə əyalətindən göndərdiyi türkləşmış seyidlər Azərb.-ın müxtəlif r-nlarına yayılmışdılar. Güman edilir ki, yaşayış məntəqəsini həmin əyalətdən köçürülmüş ailələr saldığı üçün kənd belə adlanmışdır. Əh. 764 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Tam orta məktəb, kitabxana, feldşer-mama məntəqəsi var.
Mənbə.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 136;
http://ensiklopediya.gov.az/az/terms/12262/cild/17