CABANI QIŞLAĞI
Göyçay r-nunun Qaraxıdır k. ərasizində düz. Qaraməryəm tirəsindən 15 km c.-da, Göyçay ş. 16 km ş.-də Şirvan düzünün şm. hissəsində yerləşir. Ərazisi 18 ha. 1500 ilin payızında Səfəvilərin Şirvana hərbi yürüşü zamanı Şamaxının eyniadlı kənd əhalisi bura köçmüş, təsərrüfat məşğuliyyəti heyvandarlıq olmaqla tədricən oturaq həyata keçmişlər.
Mənbə: ASE. 10 cilddə, X cild, Bakı, 1987, s.25.