(7.4.1979, Göyçay ş.) – tanınmış həkim, ATU–nin Tədris və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, tibb f.d. (2010), dos. (2014), ATU-nun Mikrobiologiya və immunologiya kafedrasında Elmi işlər üzrə kafedra müdirinin müavini (2010-20).
ATU bitirib (2002). 2002-03 illərdə Bakı ş. 4 saylı klinik xəstəxanasında internatura keçib. 2003-09 illərdə ATU-nin Klinik Mikrobiologiya Laboratoriyasında həkim, 2009-14 illərdə ATU Mikrobiologiya və immunologiya kafedrasında assistent və baş müəllim kimi fəaliyyət göstərib. Hazırda həmin kafedrada dosent vəzifəsində çalışır.
ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Diaqnostik laboratoriyasının şöbə müdiri, Universitetin Doktorantura və dissertantura şöbəsinin müdiri vəzifələrində çalışıb. S.Cavadov həm də Dövlət İmtahan Mərkəzində rezidentura bölməsi üzrə mikrobiologiya fənnindən ekspert kimi fəaliyyət göstərir. İngilis, rus, türk dillərində danışır.
Azərb.Resp. Prezidentinin 09.04.2021 tarixli Sərəncamı ilə S.Cavadov “Tərəqqi” medalına layiq görülüb. 2018 ildə nəşr olunan “Microbiology and İmmunology (Laboratory manual in general microbiology)” dərsliyinin və 50-dən çox elmi məqalələrin müəllifidir.
Əsərləri:
- Cavadov S.S. Sistem xarakterli kandidozlu xəstələrin ilkin diaqnostika, müalicə və profilaktikasının səmərəli aparılmasına dair metodik tövsiyə. Bakı, 2010 Təbib nəşriyyatı
- Джавадов С.С., Байрамов A.Г. Кандидемия у детей лейкемией. Проблемы медицинской микологии, Санкт-петербург 2005 №2 том 7 стр.88
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.35
SAMIR CAVADOV DOSENT, ATU TƏDRİS ŞÖBƏSİNİN MÜDİRİ | Azərbaycan Tibb Ensiklopediyası (wikimed.az)