ÇAXIRLI
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. R-n mərkəzindən 25 km c.-ş.-də, Şirvan düzündədir. Oykonim qədim bulqar tayfa birliyinə daxil olan çakar/çakır tayfasının adını daşıyır. Çaxırlı qobusu (İmişli), Çaxırlı təpəsi (Masallı), Çaqarlı dağı (keçmiş Şuşa qəzası), Çaxırlı (Ermənistanın Vardenis r-nunda Sovetakert kəndinin 1978 ilədək adı) və s. coğrafi adlar da bu tayfanın adı ilə bağlıdır. Əh. 3335 (2011); maldarlıq və əkinçiliklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, mədəniyyət evi, tibb məntəqəsi var.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 128;
ASE. 10 cilddə, X cild, Bakı, 1987, s. 310;
http://ensiklopediya.gov.az/az/terms/10913/cild/17