FAUNA
Göyçay r-nu ərazisində heyvanlar aləmi bir o qədər də zəngin deyildir. Ərazidə relyefin c.-dan ş.-la doğru – yarımsəhradan alçaq dağlığa dəyişməsi heyvanat aləminin formalaşmasına da təsir etmişdir. Dağətəyi sahələrdə meşə dələsi, qaban, yenot (xəz dərisinə görə XX əsrin 70 illərində Cənubi Amerikadan gətirilib dağlıq əraziyə buraxılıb, hazırda artıb və təsərrüfata ziyan vurmaqdadır), çaqqal, kaftar, qırqovul, qaraqarın, bağrıqara, canavar yayılmışdır.
Dağətəyi yarımsəhralarda və düzənliklərdə qırmızıquyruq qumsiçanı, kaftar, kəklik, bəzgəg, çobanalladan, qaz, qamış pişiyi, qırqovul, turac, dovdağ, ördək, leylək və vağlar vardır.