CƏFƏROV İsmayıl Aydın oğlu
(1975, Göyçay ş. – 22.2.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. Göyçayın Qarabağ sevdalıları. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 27.
">
(1975, Göyçay ş. – 22.2.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. Göyçayın Qarabağ sevdalıları. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 27.
(7.9.1982, Göyçay ş.) – hüquqşünas, hüquq ü.f.d. (2010).
BDU-nun Hüquq fakültəsini bitirib. Əsas tədqiqat sahəsi: “İnsan hüquqlarının pozulmasına görə maddi və mənəvi zərərin ödənməsi. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi”. Hazırda Azərb. Resp. Milli Məclisi Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin Mərkəzi və yerli icra orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışır. Dövlət qulluğunun baş müşaviridir.
Məlumat V.Abdullayevdən alınıb.
(5.9.1933, Göyçay ş. – 29.10.2018, Bakı ş.) – jurnalist, Azərb. SSR-in Əməkdar jurnalisti. Göyçay Pedaqoji Texnikumunu (1952), sonra isə S.M.Kirov adına Azərb. Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini jurnalist ixtisası üzrə bitirib (1957). 1957-61 illərdə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsində təlimatçı vəzifəsində çalışmış, 1961-67 illərdə “Sosialist Sumqayıtı” qəzetində şöbə müdiri, sonra isə dörd il Sumqayıt Kimya zavodunda “Kimyaçı” qəzetinin redaktoru olmuşdur.
(7.8.1954, Göyçay ş.) – hüquq ü.f.d. (1993), RF-nin hüquq ü.f.d. (2000).
1961-71 illərdə Göyçay ş. 2 saylı 8 illik və 7 saylı orta məktəbdə təhsil alaraq, əla qiymətlərlə bitirib. 1971-72 illərdə Göyçay ş. 58 saylı Texniki Peşə Məktəbində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1972 ilin avqust ayında S.Kirov adına BDU-nun Hüquq fakültəsinə daxil olub. Universiteti əla qiymətlərlə bitirdikdən sonra 1977 ilin avqust ayında Gəncə ş. Prokurorluğuna baş müstəntiq vəzifəsinə təyin olunub.
(3.2.1973, Göyçay r-nunun Alpout k. – 19.7.1992, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirəndən sonra 106 saylı Texniki Peşə Məktəbinə daxil olub. Burada sürücülük peşəsinə yiyələnəndən sonra 1991 ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub. 1992 ilin iyulunda Kəlbəcər r-nunun Umudlu k. yaxınlığında gedən döyüşlərdə həlak olub. Doğulduğu k.-də dəfn olunub. Hazırda Alpout k. orta məktəbi onun adını daşıyır.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(8.11.1961, Göyçay ş.) – kənd təsərrüfatı mütəxəssisi, kənd təsərrüfatı ü.f.d. (1998).
Gəncə ş.-də yerləşən Azərb. Texnologiya İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirib (1985). 1987 ilin iyunundan Göyçay yeyinti kombinatında əmək fəaliyyətinə başlayıb və burada istehsalat rəisi (baş mühəndis) vəzifəsinədək yüksəlib. 1995 ilin iyul ayında qısa müddətdə Göyçay Universitetinin rektoru vəzifəsini icra edib. Həmin ilin sentyabrında isə AMEA-nın Aqrokimya və Torpaqşünaslıq İnstitutuna dissertant qəbul olunub. 1998–2001 illərdə San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik mərkəzinin Mingəçevir ş.-də yerləşən Azərb. filialında dekan vəzifəsində, 2001-15 illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, 2015 ilin avqustundan isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Agentliyin Coğrafi informasiyalar sistemi və İnformasiya texnologiyası şöbəsində baş mütəxəssis vəzifəsində çalışır.
Məlumat V.Abdullayevdən alınıb.
(2.2.1955, Ucar r-nunun Rəstəcə k.) – Əməkdar müəllim (2004).
Y.Cəfərov Göyçay ş. 4 saylı natamam orta məktəbdə 8-ci sinfi, Göyçay ş. 3 saylı orta məktəbdə 10-cu sinfi bitirib. 1973 ildə ADU-nun (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1978 ildə bitirib. Həmin ildən 2021 ilə kimi Göyçay ş. 5 saylı tam orta məktəbdə ixtisası üzrə müəllim işləyib. Əldə etdiyi uğurlara görə Təhsil Nazirliyi tərəfindən “Baş müəllim”(1985), “Müəllim-metodist”(1978) adlarına layiq görülüb.
1995 ildə Resp. Təhsil Nazirliyinin qərarı ilə ona “Ali kateqoriyalı müəllim” adı verilib. Elmi-metodiki məqalələri “Fizika, Riyaziyyat və İnformatika” jurnalında çap olunub. Onun iş təcrübəsi və əmək fəaliyyəti ilə bağlı Malik Novruzovun “Günəş məktəbdən doğur”, Əkbər Əlioğlunun “Şama pərvanə kimi” kitablarında, “Maarifçi” və “Azərbaycan müəllimi” qəzetlərində məqalələr verilib.
Məlumat A.Məmməddən alınıb.
(7.3.1958, Göyçay r-nunun Qaraməryəm k. – 15.6.1992, Xanlar (indiki Göygöl) r-nunun Manaşit k. istiqamətində) – Birinci Qarabağ müharibəsi şəhidi, gizir.
Azərb. Xalq Təsərrüfatı İnstitutunu bitirib (1970). Çitada əsgəri xidmət keçib. Əmək fəaliyyətinə Gəncə tikiş fabrikində başlayıb, sonra Göyçay tikiş fabrikində baş mühasib vəzifəsində çalışıb. 1992 ilin martında könüllü olaraq cəbhəyə yola düşüb. O, Laçın, Ağdam cəbhələrində və Xanlar r-nunun Sarısu k.-dəki döyüşlərdə şücaət göstərib. Lakin 1992 il iyunun 13-də gedən döyüş onun üçün sonuncu vuruş olub. İki gün sonra – iyunun 15-də əbədi olaraq gözlərini yumub. E.Çəndirli Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
Həmid Hacı Əhməd oğlu (1896, Göyçay qəz., Çərəkə k. – 1968) – din xadimi.
XIX əsrin sonu–XX əsrin əvvəllərində yaşamış dini şəxsiyyətlərdən biri də Həmid Hacı Əhməd oğlu olmuşdur. Həmid Əfəndi ilk dini təhsilini atası Hacı Əhməddən almışdır. Daha sonra isə təhsilini Qaraxıdır k.-də yaşamış Hacı Vahid Əfəndinin yanında davam etdirmişdir. Təhsilini Türkiyədə davam etdirmək arzusunda olsa da, onun bu istəyi baş tutmamışdır. Qızı Faizə Əhmədovanm dediyinə görə, Türkiyədən gəlib onu imtahan etmişlər. Ona dərin biliyə sahib olduğu üçün qırmızı diplom vermişdilər. Sözlərinə əlavə edərək o, atasının çoxlu əsərləri və əlyazmaları olduğunu da söylədi. Sovet hakimiyyəti illərində onun əsərləri və əlyazmaları götürülüb, geri qaytarılmamışdır. Bu gün yalnız onun atasının əlyazmalarından biri – Sədi Şirazinin “Gülüstan”ını yazdığı əlyazması qalmaqdadır. Əlyazma Hacı Ruslan Məmmədovun şəxsi kitabxanasında saxlanılır. Həmid Əfəndi 1968 ildə haqqın dərgahına köç etmişdir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 95.
(23.1.1974, Göyçay r-nunun Ləkçıplaq k. – 26.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirərək Bakı ş. yerləşən 14 saylı Texniki Peşə Məktəbində qaynaqçı peşəsinə yiyələnib. 1992 ilin mayında hərbi xidmətə yollanıb. Çox keçmədən cəbhə bölgələrinə gedib. Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlının işğalından sonra Səxavət evə qayıdıb. 1993 ilin oktyabrında o, yenidən Göyçay könüllülər batalyonuna qoşulur. Şükürbəyli Aşağı və Yuxarı Əbdürrəhmanlı, Kərimbəyli və digər kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994 ilin yanvarında Aşağı Əbdürrəhmanlı kəndini almaq üçün 6 nəfər döyüşçü ilə birgə hücuma keçiblər. Lakin qüvvələr nisbətinin qeyri-bərabər olması səbəbindən əsgərlərimiz böyük tələfatla hücumu dayandırıblar. Səxavət bu döyüşdə ağır yaralanaraq şəhid olub və 5 ay sonra – 1994 ilin mayında doğma k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.