(20.1.1938, Bakı ş. – 23.4.2018, Bakı ş.) – filoloq alim, filologiya e.d. (1991).
Əslən göyçaylı olan T.Şərifli görkəmli Azərb. tarixçisi Məmmədəli Şəriflinin qızıdır. ADU-nun Filologiya fakültəsini bitirib (1961). Sonra Azərb. EA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi əlaqələr şöbəsinə baş laborant vəzifəsinə qəbul edilib. Müsabiqə üzrə institutun aspiranturasına daxil olub (1965). 1970 ildə namizədlik, 1991 ildə isə doktorluq dissertasiyası müdafiə edib. T.Şərifli 1968 ildə aspiranturanı bitirdikdən sonra institutun Ədəbi əlaqələr şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilib. 1978 ildən böyük elmi işçi vəzifəsində çalışıb. Onun Azərbaycan-rus və Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin tədqiqi sahəsində məhsuldar və səmərəli elmi işləri var. O, Azərb.-ın müxtəlif ali məktəblərində (ADU, M.F.Axundov adına Pedaqoji İnstitut, Təfəkkür Universiteti, Avropa Liseyi və s.) filoloji-linqvistik və pedaqoji metodik, həmçinin Azərb. dili, Azərb. ədəbiyyatı, rus dili, rus ədəbiyyatı, Azərbaycan–rus ədəbi əlaqələri və sair fənlərdən mühazirələr oxuyub və dərs deyib. Çoxillik məhsuldar elmi fəaliyyəti nəzərə alınaraq T.Şərifli AMEA-nın 70 illik yubileyi münasibətilə Humanitar Elmlər Bölməsi tərəfindən Fəxri fərmanla təltif olunub. O, ömrünün sonuna qədər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.
Mənbə: http://www.anl.az/down/meqale/525/2018/may/593702.htm
Ətraflı oxu