(27.1.1980, Göyçay ş.) – AR SQ-nin NATO-nun Strateji Komandanlığında milli hərbi nümayəndəsi, polkovnik.-leytenant.
Orta məktəbi başa vurduqdan sonra Türkiyə Quru Qoşunları Hərbi Liseyini və Ali Hərbi Məktəbini (1995–2003) bitirib. Bundan sonra Motoatıcı Məktəbi (Türkiyə, 2003-04), bir sıra kursları, o cümlədən “Gənc zabitlər üçün qərargah kursu”nu (Litva, 2006), “Komanda qərargah kursu”nu (Estoniya, 2008), “Taborun qərargah rəisi kursu”nu (Azərb., 2010), “Tabor komandiri kursu”nu (Azərb., 2011) bitirmiş, ABŞ Hərbi Akademiyasında (2014) kurs keçmişdir. Nəhayət, 2014 ildə ABŞ-ın Mərkəzi Miçiqan Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə magistr dərəcəsi alıb. Şükürov Azərb. Ordusunda motoatıcı taqım komandiri (2004-06), motoatıcı bölük komandiri (2006-08), motoatıcı briqadanın əməliyyat bölmə rəisinin baş köməkçisi (2008-10), taborun qərargah rəisi (2010-12), tabor komandirinin müavini (2012-14), Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Standartlaşdırma, Təlim və Treninq bölməsinin baş zabiti (2015-16), həmin bölmənin rəisi (2016) vəzifəsində çalışıb.
Ətraflı oxu