QƏDİROV Mais Firudun oğlu
(30.12.1972, Göyçay r-nunun Ləkçıplaq k. – 24.1.1994, Kəlbəcər r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra 106 saylı Texniki Peşə Məktəbində mexanik peşəsinə yiyələnib. 1992 ilin iyulunda əsgəri xidmətə çağırılıb. İki ay təlim məşqləri keçdikdən sonra Ağdərə bölgəsinə yola düşüb. 1993 ildə Ağdamın Papravənd k. uğrunda gedən qanlı döyüşlərdə yaralanıb. Bir müddət Mingəçevir ş.-də müalicə olunub. Mais son döyüşünü Kəlbəcərin Qanlıkənd k.-də keçirib. 1994 ilin yanvarında döş qəfəsində aldığı yaradan həlak olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.