KƏRİMOV Nəsimi Əliyoldaş oğlu
(10.6.1973, Göyçay r-nunun Mırtı k. – 9.1.1994, Beyləqan r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini 1991-92 illərdə Kirov vilayətinin Çepeyski r-nunda keçib, sonra Vətənə qayıdıb. 1992 ilin yayında Milli Orduya daxil olub. N.Kərimovun döyüş yolu Ağdərədən başlayıb, rayonun Kasapet, Mehmanə, Çıldıran k.-ləri uğrunda, Sərsəng su anbarı ətrafındakı gedən döyüşlərdə iştirak edib. 1993 ildə Ağdamın Muğanlı, Şıxbabalı, Şelli k.-ləri uğrunda gedən döyüşlərdə olmuş, sonra isə yaralanaraq Ağdamın hərbi xəstəxanasına göndərilib. O, bir müddət Göyçayda da müalicə olunub. Müalicə olunduqdan sonra Beyləqan-Füzuli istiqamətlərindəki Nərgiztəpə, Haramı düzü ətrafındakı döyüşlərdə də iştirak edib və 1994 ilin yanvarında həmyerlisi şəhid Cəlalın meyitini döyüş zonasından çıxararkən şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.