ŞIXƏLİYEV Altay Rafiq oğlu
(10.2.1972, Göyçay r-nunun Ləkçıplaq k. – 15.2.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. “Göyçayın Qarabağ sevdalıları”. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 31.
">
(10.2.1972, Göyçay r-nunun Ləkçıplaq k. – 15.2.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. “Göyçayın Qarabağ sevdalıları”. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 31.
(24.9.1952, Göyçay ş. – 25.9.1992, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbdə təhsilini başa vurandan sonra 106 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnib. 1992 ilin sentyabrında könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Döyüş əməliyyatı zamanı şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(15.11.1974, Göyçay r-nunun Qarabaqqal k. – 29.1.1994 Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1994 ildə könüllü olaraq vətənin müdafiəsinə yollanıb. Əvvəlcə Hacıkənddə olub. Sonra Murovdağa göndərilib. Burada baş verən ağır döyüşlərdə fəal iştirak edib. 1994 il yanvarın 29-da ağır döyüşlərin birində şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(21.5.1967, Göyçay ş. – yanvar, 1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. “Göyçayın Qarabağ sevdalıları”. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 28.
(1895, Göyçay ş. – 1920) – Azərb. Milli Ordusunun zabiti, praporşik.
Göyçayda ikisinifli məktəbdə oxuyub. 1919 ildə Gəncə praporşiklər məktəbini bitirib. 1920 ilin aprelində bolşevik işğalı zamanı qətlə yetirilib.
Məlumat V.Abdullayevdən alınıb.
(10.2.1969, Göyçay ş. – 31.8.1992, Gədəbəy r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta təhsilini başa vurandan sonra 106 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnib. 1992 ilin martında könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Gədəbəy r-nunun Mutudərə k.-də gedən döyüşlərdə yaralanıb. Müalicədən sonra yenidən cəbhəyə qayıdıb. Mutudərənin geri alınması uğrunda gedən döyüşdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(15.8.1973, Göyçay r-nunun Alpout k. – 3.6.1993, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra 106 saylı Texniki Peşə Məktəbində sürücülük kursunu bitirib. 1992 ilin martında hərbi xidmətə çağırılan Sədi Daxili Qoşunların Sumqayıt ş.-də yerləşən “N” saylı hərbi hissəsində xidmət keçib. Sonra cəbhə bölgəsinə yola düşüb. 1992 ilin iyununda Ağdamın Papravənd k.-də ilk döyüşə başlayıb. Sonralar Qalayçılar, Canyataq, Gülyataq, Çıldıran və Qazançı k.-ləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1993 ilin iyununda Qazançı uğrunda gedən döyüş zamanı başından ağır yara alaraq şəhidlik zirvəsinə yüksəlib. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(2.12.1970, Göyçay r-nunun Ləkçıplaq k. – 20.2.1993, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini RF-nin Çita ş.-də keçib. 1992 ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Ağdamın Şelli, Fərrux, Xramord k. istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Xramort (indiki Pirlər) ətrafında kəşfiyyat əməliyyatları zamanı onun üzvü olduğu dəstə mühasirəyə düşüb. Onlar çox çətinliklə yeddi saatlıq döyüşdən sonra mühasirədən çıxa biliblər. Ağdama gəlib çatanda aldığı ağır yara nəticəsində çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. Doğulduğu k.-də dəfn edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(1895, Göyçay ş. – 1961, Bakı ş.) – AXC ordusunun əsgəri, poruçik.
Əla zadəgan təhsili alan Lütvəli bəy 1911 ildə təhsilini davam etdirmək üçün Odessa hərbi məktəbinə yollanır. 1914 ildə buranı bitirir və podporuçik rütbəsində qərargahı Tiflisdə yerləşən Qafqaz cəbhəsinə göndərilir. Döyüş meydanlarında 3 il xidmət göstərdikdən sonra rütbəsi artırılır, mərdliyinə və qəhrəmanlığına görə “Müqəddəs Stanislav” və “Müqəddəs Anna” ordenləri ilə təltif olunur. Rusiyada Fevral inqilabından sonra Qafqaz cəbhəsi və çar ordusunun mövcudluğuna son qoyulur.
(4.4.1975, Göyçay ş. – 27.8.1993, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1993 ildə Milli Ordu sıralarında hərbi xidmətə başlayıb. Həmin ilin iyun ayında Goranboy bölgəsinə, bir aydan sonra isə Ağdam bölgəsinə göndərilib. R-nun Əlfəndi k.-də gedən döyüşlərdə iştirak edib. Füzuli r-nunun Kürdmahmudlu k.-də gedən ağır döyüşlərin birində aldığı güllə yarasından şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.