XƏLİLOV Ceyhun Əhməd oğlu
(21.8.1972, Göyçay ş. – 7.2.1994, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbdə səkkizillik təhsilini başa vurandan sonra Göyçay ş. 58 saylı Texniki Peşə Məktəbində qaynaqçı peşəsinə yiyələnib. Bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 1991 ilin mayında əsgəri xidmətə yola düşüb. Əsgəri xidmətdən sonra bir müddət əmək fəaliyyətini davam etdirib. Daha sonra 1994 ilin yanvarında könüllü olaraq torpaqlarımızın müdafiəsinə qoşulub. Bir ay sonra isə Murovdağ ətrafında gedən şiddətli döyüşlərin birində ağır yaralanaraq şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.