“İLDIRIM” TƏŞKİLATI
Böyük Vətən müharibəsi illərində ölkənin gəncləri arasında azad fikirlilik artmağa başlayır. Müharibənin ilk illərində DİN Azərb.-ın müstəqilliyi uğrunda mübarizə aparan “İldırım” adlı ilk antisovet təşklilatı ləğv edir. Bu təşkilatın üzvlərindən biri də 1921 ildə Göyçayda anadan olmuş, ADU-nun 3-cü kurs tələbəsi Məmmədhüseyn Həbib oğlu Rzayev idi. 8 nəfərdən ibarət olan təşkilatın üzvləri 1942 il sentyabrın 18-də Türkiyəyə meyilli olaraq Azərb.-nı SSRİ-dən ayırmaq ittihamı ilə həbs edilirlər. 1942 il oktyabrın 31-də saat 11-də 4438 saylı iş üzrə CM-nin 72-ci maddəsinin II hissəsinə müvafiq olaraq onların işinə baxılır. Məhkəmə onlardan üçünü güllələnməyə məhkum, digərlərini, o cümlədən M.Rzayevi 10 il azadlıqdan məhrum edir. 1959 il oktyabrın 11-də Zaqafqaziya Hərbi Dairəsinin prokuroru bu işə yenidən baxaraq iş üzrə qərar çıxarır. Qərarda təşkilat üzvlərinin əsassız ittiham olunduğu göstərilir. Həmin il dekabrın 11-də SSRİ baş hərbi prokuroru iş haqqında etiraz yazır. 1960 il yanvarın 5-də Zaqafqaziya Hərbi Dairəsinin hərbi tribunalı da 227 saylı qərarla SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 avqust 1954 il tarixli fərmanını əsas tutaraq 1942 il 31 оktyabr tarixli hökmü ləğv edir.
Mənbə: https://www.facebook.com/Goychaytarixi/