KƏRİMOV Azər Əli oğlu
(5.1.1961, Bakı ş.) – riyaziyyatçı alim, Türkiyənin Bilkənt Universitetinin prof., fizika-riyaziyyat e.d.
Orta təhsilini Moskvada Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. Moskva Dövlət Universitetinin Riyaziyyat fakültəsinin məzunudur. Hazırda Türkiyə Riyaziyyat Olimpiada komitəsinin sədridir.
Əsərləri:
A.Kerimov and S. Mallak, ‘Density Gibbs states and uniqueness condition in one-dimensional models, J. Phys. A: Math. Gen. 32 pp. 3711-3716 (1999);
A. Kerimov and M.A. Sahin, A one-dimensional model exhibiting phase transition, Physica A 265, pp. 169-175 (1999).
Mənbə: Azer Kerimov’s home page (bilkent.edu.tr)