KƏRİMOV Qadil Qulu oğlu
(3.4.1967, Göyçay r-nunun Alpout k. – 26.1.1994, Xocavənd r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirəndən sonra Sumqayıtda Texniki Peşə Məktəbində oxuyub, sonra isə 3 saylı Evtikmə kombinatında əmək fəaliyyətinə başlayıb. İlk hərbi xidmətini Xabarovskda keçib. Sonra vətənə qayıdaraq əmək fəaliyyətini davam etdirib. 1993 ildə Milli Orduya çağırılıb. Muğanlı, Kuropatkino k. uğrunda gedən ağır döyüşlərdə iştirak edib. 1994 ilin yanvarında Kuropatkino k.-də mühasirəyə düşərək şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.