KÜRD
oyk., sadə. Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Düzənlikdədir. Kəndi vaxtilə kürd ailələri saldığına görə belə adlandırılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 294.
">
oyk., sadə. Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Düzənlikdədir. Kəndi vaxtilə kürd ailələri saldığına görə belə adlandırılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 294.
oyk., mür. Göyçay r-nunun Qızılağac i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, ş (burada şiddətləndirmə bildirir) şəkilçisindən ibarət olub, “tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə” mənasındadır. 1917 və 1933 illərdə Şamaxı r-nu ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Oronim keçən əsrdə Kürdəmiç, Kürdəmic variantlarında işlənmişdir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı,“Şərq-Qərb”, 2007, s. 295.
Məscid k.-in mərkəzinə yaxın bir ərazidə yerləşir. Bu ərazi keçmişdən məscid məhləsi adlanır. Kürdəmiş k.-ində bir əsrdən çox yaşı olan məscid var idi. Kənd sakini T.Nəzərovun dediklərinə görə, k.-də yaşayan hərbiçi Əliyev Allahverdi Sadıq oğlu ağır döyüşlərdə olduğu zaman, sağ-salamat kəndimə qayıtsam, məscidi yenidən inşa etdirərəm demişdir. Döyüşdən qayıtdıqdan sonra kənd sakini T.Nəzərovla məsləhətləşərək yenidən məscidin tikintisinə başlamışdır. T.Nəzərovun dediklərinə görə, məscid sökülərkən mehrabının üzərində 1873 yazılmış kərpic var idi. Bu kərpic məscidin tikilmə tarixini göstərirdi. 1997 ildə köhnə məscidin yerində yeni məscidin inşasına başlandı. Bir il sonra 1998 ildə məscidin açılışı oldu. Məscid “Şəhidlər məscidi” adlanır. Məscidin həyətində şəhid Allahverdiyev Ruslan Ələsgər oğlunun əbədi xatirəsinə bulaq tikilmişdir.
oyk., sadə. Göyçay r-nunun Məlikkənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim kürd (etn.) və Şaban (ş.a.) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi ilk dəfə orada məskən salmış Kürd Şabanın nəslinin adını daşıyır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 296.
Kürdşaban k.-də vaxtilə qədim məscid olmuşdur. Bu məsciddən, üç k.-in Kürdşaban, Yenikənd və Şəkili k.-lərinin əhalisi istifadə edirdi. K.-in imamı Seyran Əfəndinin dediyinə görə, k.-də məscid olmaqla bərabər, həm də Molla Kamal kişinin mədrəsəsi olmuşdur. Bu mədrəsədə çoxlu insanlar dərs almışdır. Molla Kamal kişi ərəb, fars dillərinin bilicisi olmuşdur. Molla Kamal kişinin davamçılarından biri də Molla Nüsrət baba olmuşdur. Bu insanlar mədrəsədə dərs verməklə bərabər həm də k.-də mollalıq etmişlər. Bu gün həmin insanlar xalq tərəfindən dərin hörmətlə yad edilir.