GÖYÇAY ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV MƏRKƏZİ AÇILMIŞDIR
Prezident İlham Əliyev 2010 il fevralın 12-də Göyçay ş.-də Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir.
">
Prezident İlham Əliyev 2010 il fevralın 12-də Göyçay ş.-də Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il fevralın 12-də Göyçay rayonuna gəlmişdir.
Prezident İlham Əliyev 2010-cu il fevralın 12-də -“Göyçay-1” Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev 2010 il fevralın 12-də Göyçay Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev 2010-cu il fevralın 12-də Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur.
Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşıladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il fevralın 12-də Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
2005-ci il iyulun 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Göyçay rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü oldu. Heydər Əliyev seyrəngahında keçirilən görüşə minlərlə insan toplaşmışdı. Görüşü rayonun Mallı-Şıxlı kənd orta məktəbinin müəllimi Nailə Qədirova açdı.
Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il iyulun 7-də Göyçaya səfəri çərçivəsində rayon mərkəzindəki istirahət guşəsinə – ümummilli lider Heydər Əliyevin adını daşıyan seyrəngaha gəldi. Küçələrə çıxmış və istirahət guşəsinə toplaşmış minlərlə sakin dövlətimizin başçısını hərarətlə salamlayır, ona hörmət və ehtiramlarını ən səmimi sözlərlə ifadə edirdilər. Bəziləri isə respublikamızın rəhbərinə yaxınlaşaraq problemlərindən söz açırdılar.
Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il iyulun 8-də rayonun ən böyük istehsal obyekti olan “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətinin müəssisəsi ilə tanışlığı da yüksək təəssürat bağışladı.
– Əziz bacılar və qardaşlar!
Əziz göyçaylılar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, sizi öpürəm, bağrıma basıram.