SÜLEYMANOV Fuad Məhi oğlu
(16.2.1972, Bakı ş.) – hüquqşünas, hüquq ü.f.d. (1998).
BDU-nun Hüquq fakültəsini bitirdikdən (1994) sonra AMEA-nın əyani aspiranturasına daxil olub. 1998 ildə Tbilisi Dövlət Universitetində “Hüquqdakı boşluqlar və kolliziyalar hüquqi münaqişələrin mənbəyi kimi” mövzusunda dissertasiya müdafiə edərək hüquq ü.f.d. elmi adı alıb. 1994 ildən pedaqoji fəaliyyətlə məşğul olub. Həmin il Bakı Ali Hərbi Dənizçilik Məktəbində və Ziya Universitetində fəaliyyətə başlayıb, sonradan fəaliyyətini Azərb. Universitetində və BDU-da davam etdirib. 1997 ildən AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda, 2002-06 illərdə Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda çalışıb.