(15.7.1982, Bakı ş.) – iş adamı, iqtisad elmləri üzrə f.d. (2009), iqtisad üzrə e.d. (2015), gömrük xidməti general-mayoru.
1989 ildə Bakı ş. Nizami r-nu 10 saylı orta məktəbin 1 sinfinə gedib, 1999 ildə Bakı ş. Sabunçu r-nu 74 saylı orta məktəbin 11 sinfini bitirib. 1999 ildə Bakı Biznes Universitetinin əyani şöbəsinə daxil olub, 2003 ildə həmin universitetin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini bitirib. 2003-04 illərdə AR silahlı qüvvələrinin MOİK hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2003-05 il tarixində ADİU-nun qiyabi şöbəsində magistratura pilləsini “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bitirib. 2004-06 illərdə AR DGK-nın Bakı Baş Gömrük İdarəsinin Maliyyə-Tarif şöbəsinin inspektoru, 2006-07 illərdə AR DGK-nın Bakı Baş Gömrük İdarəsinin Maliyyə-Tarif və Tədiyyələr bölməsinin rəisi vəzifəsində çalışıb. 2007-14 illərdə AR DGK-nın Bakı Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsində, 12.9.2019 ilədək AR DGK-nın Baş Gömrük Mühafizə xidmətinin rəisi vəzifəsində işləyib.
V.Süleymanov “Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri. B., 2012”; “Внешняя торговля и конкурентоспособность аграрного экспорта Азербайджана в Азербайджанской Республике (диссертация на соискание ученой степени доктора экономических наук). Баку: “Фамилия”, 2014”; “Müstəqil Azərbaycan 20 il ərzində. 20 лет суверенному Азербайджану. Independent Azerbaijan in the past 20 years. Bakı: “CBS“, 2011 (Çingiz İsmayılovla həmmüəllif)” və digər monoqrafiya və məqalələrin müəllifidir.
Məlumat V.Süleymanovdan alınıb