KƏRİMLİ Azad Aydın oğlu
(12.12.1960, Göyçay ş.) – həkim-onkoloq, Azərb. Resp. Səhiyyə Nazirliyinin baş onkoloqu (2011), Əməkdar həkim (2013), tibb ü.f.d. (2009).
N.Nərimanov adına ATU-nun Müalicə-profilaktika fakültəsini bitirib (1989). Gəncə ş. Onkoloji Dispanserində əmək fəaliyyətinə başlayıb (1990-91), sonra isə 32 saylı Birləşmiş Bakı ş. Xəstəxanasında həkim-onkoloq (1991-93), Xərçəng Əleyhinə Elmi-Tədqiqat Assosiasiyasında tibb məsələləri üzrə müdir müavini (1993-97), MOM-un abdominal onkologiya şöbəsində həkim-onkoloq (1997-99) vəzifələrində çalışıb. 2001-06 illərdə MOM-da onkologiya üzrə dissertant olub. Daha sonra Abdominal onkologiya bölməsində kiçik elmi işçi (2004-08) və Abdominal onkologiya şöbəsinin müdiri (2008-09) vəzifəsini daşıyıb. 2010 ildə Abdominal onkologiya şöbəsində elmi əməkdaş kimi fəaliyyət göstərib, ardınca isə Azərb. Resp. Səhiyyə Nazirliyinin baş onkoloqu vəzifəsinə təyin edilib (2011). 42 elmi işi dərc olunub.
Mənbə: Milli Onkologiya Mərkəzi (mom.gov.az)