QURBANOVA Nərgiz Akif qızı
(28.6.1975, Bakı ş.) – diplomat, Azərb. Resp.-nın Polşa Resp.-dakı fövqəladə və səlahiyyətli səfiri, siyasi elmlər ü.f.d. (2009).
Qurbanova 20 saylı orta ümumtəhsil məktəbini gümüş medal ilə bitirib (1992). 1997 ildə BDU-nun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. 1997-99 illər ərzində Qərb Universitetində beynəlxalq menecment üzrə magistr dərəcəsi alıb. Qurbanova həmçinin 1997 ildə Nitsa Universitetində (Fransa) beynəlxalq hüquq və 1999–2000 illərdə Yönşöpinq Beynəlxalq Ticarət Məktəbində (İsveç) beynəlxalq biznes üzrə təlimlər keçib. 2009 ildə Vyana Universitetində (Avstriya) siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsini alıb.