“RƏSUL RZA” QURU YÜK GƏMİSİ
“Rəsul Rza” gəmisi 2016 ildən Azərb. bayrağı ilə xarici sularda üzür. Uzunluğu 108,33 m, eni 16,74 m olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Mənbə: https://azertag.az/xeber/1593323
">
“Rəsul Rza” gəmisi 2016 ildən Azərb. bayrağı ilə xarici sularda üzür. Uzunluğu 108,33 m, eni 16,74 m olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Mənbə: https://azertag.az/xeber/1593323
Göyçay r-nunun ərazisi iki geoloji rayona-dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryam tirəsini (Qaraməryam uvalları), düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. R-n ərazisi əsasən Şirvan düzünün şm. kənarını əhatə edir. R-n ərazisinin şm. hissəsini hündürlüyü 650 m olan Bozdağ tutur. Ümumiyyətlə, r-nun relyefi müasir eranın (kaynozoy) III və IV geoloji dövrlərinə aiddir. (Dağlıq sahə III dövrün, düzənlik sahə IV dövrün məhsulu). R-n ərazisinin 20%-i dağlıq, qalanı düzənlikdir. Ərazinin bəzi sahələri müasir çöküntülərlə örtülmüşdür.
Ümumiyyətlə, bütün r-n ərazisinin səthi gil, gillicəli torpaqlardır, bəzi sahələrdə qum kimi çöküntülər 10-15 sm qalınlığında qat yaradır.
(28.9.1952, Göyçay ş. – 15.8.1992, Füzuli r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Əsgər rütbəsində hərbi xidmətə çağırılıb. 15.8.1992 il tarixdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(27.11.1956, Göyçay ş. – 21.3.2017, Bakı ş.) – aktyor, Əməkdar artist (2012).
M.Əliyev adına ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1979). S.Vurğun adına Dövlət Rus Dram Teatrında (ADRDT) çalışıb (1978-88). Sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib. 2005 ildə yenidən S.Vurğun adına ADRDT-yə qayıdıb. Bu illər ərzində teatr səhnəsində bir çox rollarda yer alıb: “Şahid qız” (1990), “Şirbalanın məhəbbəti” (1991), “Nə gözəldir bu dünya…” (1999), “Qız qalası” (2000).
(13.5.1973, Göyçay r-nunun Müskürlü k. – 14.2.1994, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsində itkin düşüb.
Orta məktəbi bitirdikdən sonra telemexanik ixtisasına yiyələnmək üçün Bakı ş.-də texnikuma daxil olub. Lakin təhsilini yarımçıq qoyaraq 1991 ildə ilk hərbi xidmətini keçmək üçün RF Tambov vilayətinin Marşalsk ş.-nə yola düşüb. Burada 10 ay hərbi xidmət keçəndən sonra Vətənə qayıdaraq 1992 ildə bu dəfə torpaqlarımızın erməni işğalından azad olunması üçün döyüşlərə yollanıb. Hərbi xidmətini topçu kimi Qazax r-nunda keçib. Həqiqi hərbi xidmətini bitirəndən sonra 1994 ildə könüllü olaraq Murovdağ uğrunda gedən döyüşlərə qatılıb. Həmin ilin fevralında ağır döyüşlərin birində itkin düşüb. Göyçay r-n məhkəməsinin 2007 il tarixli qətnaməsinə əsasən ona şəhid statusu verilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(1.9.1985, Göyçay r-nunun Çaxırlı k. – 3.2.2005, Ağdam r-nunun Təzəkənd k.) – Qarabağ şəhidi.
2.10.2003 il tarixdə əsgər rütbəsində hərbi xidmətə çağırılıb. 3.2.2005 il tarixdə şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(8.10.1970, Göyçay r-nunun Şəhadət k. – 31.8.1992, Gədəbəy r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini RF-nın Primorsk vilayətində – quru qoşunları hissəsində keçirmiş, mexanik.-pulemyotçu olmuşdur. Oqtay 1992 ilin iyulunda milli ordumuza – torpaqlarımız uğrunda döyüşə çağırılıb. O, Başkənd döyüşündə fəal iştirak edib. Mutudərə – Hörükdaş uğrunda ermənilərə qarşı ağır döyüşlərdə şücaət göstərib. O elə bu döyüşdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub. R-n sovetinin qərarı ilə təhsil aldığı məktəbə Oktay Rəhimovun adı verilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(14.2.1960, Göyçay ş. –12.6.1993, Xocalı r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
1978 ildə 54 saylı Texniki Peşə Məktəbini bitirib. İlk hərbi xidmətini RF-nin Moskva ş. keçib. Xidmət dövründə serjant rütbəsi alıb. 1981-84 illərdə ali milis təhsili almaq üçün hazırlıq kursunda oxuyur. 1984 ildə Moskvadan geri qayıdan Qorxmaz bir ildən sonra Yakutiyaya gedir. Burada milis sistemində işə girir. Bir müddət rəis müavini vəzifəsində çalışan Qorxmaz daha sonra yenidən vətənə qayıdaraq vətənin müdafiəsinə yollanır. Döyüşlərdə göstərdiyi şücaətə görə leytenant rütbəsinə layiq görülür. 1993 ildə Fərrux dağı ətrafında gedən döyüşlərdə boyun nahiyəsindən yaralanır. Həmin ilin iyununda vəfat edir. Q.Rəhimov Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(1.1.1974, Göyçay r-nunun Kürdşaban k. – 24.1.1994, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kürdşaban k. orta məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 1994 ilin yanvarında Milli Orduya çağırılıb. Milli Ordunun tərkibində vətənin müdafiəsi üçün cəbhəyə yollanıb. Murovdağ ətrafında gedən döyüşlərdə fəal iştirak edib. 1994 il yanvarın 24-də Murovdağ ətrafında gedən ağır döyüşlərin birində şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(15.5.1931, Göyçay r-nunun Mırtı k. – 14.2.2006, Göyçay r-nunun Yeniarx k.) – Əmək veteranı (1986).
Sadə kəndli ailəsində anadan olub. Mırtı k. orta məktəbini bitirib. 1949-51 ildə Nuxa ş. (indiki Şəki ş.) Müəllimlər Texnikumunda təhsil alıb. Təhsilini bitirdikdən sonra Göyçay r-nunun Bığır k.-də riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1953-55 illərdə hərbi xidmətdə olub, 1955 ildə baş leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
1955–2005 illər ərzində Göyçay r-nunun Yeniarx k. tam orta məktəbində çalışmağa başlayıb. 1957-62 illərdə əmək fəaliyyəti ilə yanaşı, APİ-də qiyabi təhsil alaraq ali təhsilə yiyələnib. Yeniarx k. tam orta məktəbində çalışarkən öz nizam-intizamı ilə seçilib. Əvvəlcə tədris hissə üzrə direktor müavini, 1969-81 illərdə direktor vəzifəsində çalışıb. Direktor işlədiyi müddətdə yeni məktəb binasının tikilməsinə və məktəbin oraya köçürülməsinə nail olmuşdur. 1986 ildə “Əmək veteran” medalı ilə təltif olunub.
Məlumat X.Rəhimovun ailə üzvlərindən alınıb.