Rəqəmlər
Göyçay rayonunda 37 kitabxanada 312,9 min kitab mühafizə olunur.
Göyçay rayonunda 17 klub müəssisəsi fəaliyyət göstərir.
">
Göyçay rayonunda 37 kitabxanada 312,9 min kitab mühafizə olunur.
Göyçay rayonunda 17 klub müəssisəsi fəaliyyət göstərir.
Rzayev Rəsul İbrahim oğlu (19.5.1910, Göyçay ş. – 1.4.1981, Bakı ş.) – Azərb. SSR Xalq şairi (1960), dramaturq, tərcüməçi, ictimai xadim, AYB-nin üzvü (1934), Sosialist Əməyi Qəhrəmanı (1980), Azərb. SSR Əməkdar incəsənət xadimi (1945), “Lenin” ordeni (1946; 1970; 1980), Stalin mükafatı laureatı (1951), Azərb. Ali Sovetinin deputatı (VII çağırış).
Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şeirlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun ata evinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu faktorların Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır.
Göyçay ş.-də Rəsul Rzanın Ev-muzeyi AR Mədəniyyət Nazirliyinin 13 may 2004 il tarixli 148 saylı əmrinə əsasən yaradılmışdır. R.Rza 19 may 1910 ildə hazırda ev-muzeyin yerləşdiyi bu evdə anadan olmuş, 1930 illərin əvvəlinə kimi bu evdə yaşamışdır. Ev XIX əsrin sonlarında R.Rzanın atası Məmmədxanlı tərəfindən tikdirilmişdir.
Ev-muzeyi Arvan çayının sahilində, indiki Füzuli k. 114 saylı ünvanda yerləşir. R.Rza bir neçə şeirində yaşadığı evin, həyətin və Arvan çayının bədii təsvirini vermişdir. Öz başlanğıcını Baba dağdan götürən Arvan çayı Arvan dərəsindən keçərək Göyçay ş.-ni şm.-dan c.-a iki hissəyə bölürdü. İlin üç fəslində suyu az olan çay 3-4 ildən bir yaz fəslində daşır, evlərə, təsərrüfatlara böyük ziyan vururdu. Sonuncu daşqın 1976 ildə baş vermişdi və şəhərə xeyli ziyan vurmuşdur. 1976-77 illərdə çayın axıb gəldiyi dərənin qarşısında bənd tikilmiş, çayın məcrası dəyişdirilərək Göyçay çayına yönəldilmişdir. Bundan sonra çayın yatağı doldurulmuş, yerində küçə salınmışdır.
(21.2.1929, Göyçay qəz. Müskürlü k. – 3.9.1986, Bakı ş.) – inşaatçı, Azərb. SSR-in Sosialist Əməyi Qəhrəmanı (1977).
Əmək fəaliyyətinə 1943 ildə Lenin adına kolxozda başlayıb. 1949 ildə Azərb. SSR Sənaye Tikintisi Nazirliyinin 4 №-li trestinin 46 №-li tikinti idarəsində, kompleks briqadada suvaqçı kimi çalışmağa başlayan H.Rəsulov 1975 ildən həmin briqadanın briqadiri olur. Qısa vaxt ərzində H.Rəsulov qabaqcıl təcrübəni öz işinə tətbiq edən və yüksək məhsuldar, eyni zamanda yüksək keyfiyyətli əmək prinsipi ilə fəaliyyət göstərən bacarıqlı inşaatçı kimi şöhrət qazanır.
(15.1.1974, Göyçay r-nunun Mırtı k. – 27.7.1992) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. “Göyçayın Qarabağ Sevdalıları”. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 32.
(1955, Göyçay r-nunun Mırtı k. – 22.4.1987, Bakı ş.) – hidroloq, texnika e.ü.f.d. (1987).
Azərb. İnşaat Mühəndisləri İnstitutunu (indiki Memarlıq və İnşaat Universiteti) mühəndis-hidrotexnik ixtisası üzrə bitirib (1977). Əmək fəaliyyətinə Azərb. Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun (AzETH və Mİ) “Yuma və drenaj” şöbəsində kiçik elmi işçi kimi başlayıb, sonra bir müddət Şirvan Dayaq Məntəqəsinin müdiri işləyib. 1979-83 illərdə AzETH və Mİ-nun aspiranturasında qiyabi təhsil alıb, apardığı elmi-tədqiqat işləri əsasında hazırladığı “Şirvan düzündə mövcud horizontal drenajın müasir vəziyyəti, onun meliorativ və istismar effektliyinin artırılması yolları” mövzusunda dissertasiya işini AzETH və Mİ-də fəaliyyət göstərən İxtisaslaşmış Şurada müdafiə edərək texnika e.n. elmi dərəcəsi alıb. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən drenaj işinin effektivliyi və etibarlılığı yeni yanaşma tərzi ilə qiymətləndirilib.
Məlumat V.Abdullayevdən alınıb.
(1.4.1975, Göyçay r-nunun Ləkçıplaq k. – 25.7.1993, Ağdərə r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1993 ilin aprelində hərbi xidmətə yola düşüb. Bir müddət təlim məşqləri keçəndən sonra Goranboy r-nuna göndərilib. Ağdərə r-nunun Çaylı k. uğrunda gedən döyüşlərdə şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(1.11.1975, Göyçay r-nunun Çayarxı k. – 1.5.1994, Tərtər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Döyüş əməliyyatı zamanı həlak olub, nəşi düşmən tərəfində qalıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(28.9.1949, Göyçay ş.) – iqtisad e.d. (2010), prof. (2014).
1967 ildə Bakıdakı 189 saylı məktəbi bitirib indiki BDU-ya daxil olub. 1973 ildə həmin təhsil müəssisəsini tarix və cəmiyyətşünaslıq ixtisası üzrə bitirib. 1973-78 illərdə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin aspirantı olub. 1978 ildən BDU-nun “İqtisadi nəzəriyyə”, 1998 ildən isə “Beynəlxalq iqtisadi əlaqələr” kafedrasının dos. olub. 2010 ildə “Milli iqtisadi mənafelər: ilkin şərtlər, məqsədlər və nailolma vəsaitləri“ mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Hazırda BDU-nun “Dünya iqtisadiyyatı” kafedrasının müdiridir.
Məlumat V.Abdullayevdən alınıb.
(8.6.1971, Göyçay ş. – 27.3.1993, Laçın r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirərək 1986 ildə Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna (indiki Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci) daxil olub. İlk hərbi xidmətini RF-nin Leninqrad (indiki Sankt-Peterburq) ş.-də keçib. Sonra erməni işğalçılarına qarşı vuruşmaq üçün vətənə qayıdıb. 1993 ilin martında Kəlbəcər-Laçın istiqamətində gedən ağır döyüşlərin birində şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.