SƏFƏROV Səttar İsmayıl oğlu
(18.7.1937, Vedi r-nunun Şirazlı k. – 21.5.2011, Bakı ş.) – dövlət xadimi, iqtisad e.d. (1984), prof. (1986); Azərb. Resp. Milli Məclisinin I və II çağırış deputatı, “Şöhrət” ordeni laureatı (2007).
1959 ildə ADU-nun Tarix fakültəsinə daxil olub və 1964 ildə müvəffəqiyyətlə bitirib. 1966 ildən AZNKİ-nin “Siyasi iqtisad” kafedrasında müəllim işləyib. 1967 ildə Azərb. Xalq Təsərrüfatı İnstitutunda aspirant olmuş, 1970 ildə aspiranturanı bitirmişdir, 1970 ildə həmin institutun Elmi Şurasında “İş gününün qısaldılmasının iqtisadi əsaslarına dair” namizədlik dissertasiyası müdafiə etmişdir.