SULTANOV Çingiz Əli oğlu
(1927, Göyçay ş. – 1972, Bakı ş.) – el pəhləvanı, sərbəst güləş üzrə Azərb. çempionu.
Gəncə Bədən Tərbiyəsi Texnikumunu, daha sonra isə ADBTİ-ni (indiki ADBTİA) bitirib (1955). Təhsil illərində bir sıra məsul yarışlarda iştirak edib. O, sərbəst güləş üzrə Azərb. yığma komandasına üzv qəbul olunub. Sultanov 1958 ilədək Azərb. Dövlət Sirkinin səhnəsində idman-sirk fəaliyyəti ilə də məşğul olub. Təsadüfi zədələnmə nəticəsində həmin il bu fəaliyyətindən uzaqlaşsa da, idmanla vidalaşmayıb. Ömrünün sonunadək 6 saylı Texniki Peşə Məktəbində bədən tərbiyəsi müəllimi və güləş bölməsinin məşqçisi kimi öz işini davam etdirib.
Mənbə: Ə.Əsgəroğlu. “Göyçaydan başlanan ömür yolu”. “Azərbaycan” nəşriyyatı, Bakı, 2000, s. 115.